“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsidir”. SİA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, mərkəz İƏT-ə üzv ölkələr arasında əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasına təşviq edəcək.
“Əmək mərkəzi Bakıda DOST mərkəzində fəaliyyət göstərəcək. Hər bir dost ölkə mərkəzə qoşula bilər. Hazırda 10 ölkə mərkəzin nizamnaməsini imzalayıb, sabah isə 3 ölkə imzalayacaq. Mərkəz ingilis, ərəb, fransız dillərində fəaliyyət göstərəcək. Eyni zamanda, mərkəzin maliyyələşdirilməsi ilk 3 il Azərbaycan Respublikası tərəfindən həyata keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB