“Əmək Mərkəzi 3 il Azərbaycan tərəfindən maliyyələşdiriləcək” - SAHİL BABAYEV
İslam Əməkdaşlıq Təşkilatının Bakıda açılan Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri əmək məşğulluğu, insan kapitalı, işçilərin sosial müdafiəsi və bu istiqamətdə olan digər məsələləri həll etməkdir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, İƏT-ə üzv ölkələrdən artıq 10 ölkə Əmək Mərkəzinin nizamnaməsini imzalayıb və sabah daha 3 ölkənin nizamnaməni imzalayacağı gözlənilir: “Əmək Mərkəzi ingilis, ərəb, fransız olmaqla üç dildə fəaliyyət göstərəcək.
Əmək Mərkəzinin DOST mərkəzində yerləşməsi nəzərdə tutulub. Əmək Mərkəzi ilk üç il ərzində Azərbaycan dövləti tərəfindən maliyyələşdiriləcək”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB