“İƏT ilə Azərbaycanın əlaqələri olduqca genişdir. Bu ölkələr arasında əmək məsələlərin tənzimləməsi istiqamətində müxtəlif təcrübələr müzakirələr olunur. Bu baxımdan SESRIC-ın önəmi böyükdür”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, DOST layihəsi çərçivəsində hazırda 140-dan çox xidmətin elektronlaşdırılması böyük uğurlarımızdandır: “Təsadüfi deyil ki, son iki ildə ƏƏSMN-nin qurumları 36 beynəlxalq mükafata layiq görülüb.
Hazırda Özbəkistanla DOST layihəsinin öyrənilməsi istiqamətində işlər genişləndirilib. Moldova, Ruminiya və Serbiya ilə də işlər aparılır. Sosial sahədə daha çox işlərin görülməsi üçün SESRIC platformasının rolu böyük olacaq və İƏT öıkələri ilə əlaqələr genişləndiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB