İmişlidə ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Noyabrın 21-də “Heydər Əliyev ili” çərçivəsində Vətən müharibəsində şəhid olmuş Cəfər Osmanın adına salınmış istirahət parkında iməclik və ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən iməclik və ağacəkmə aksiyasında YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, ərazi partiya təşkilatlarının nümayəndələri iştirak ediblər. Aksiya zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşılıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə