Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova
Xalqımız Sizi Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, müstəqil Azərbaycanın tərəqqisində, möhkəmlənməsində mühüm xidmətləri olan dövlət xadimi kimi tanıyır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kadr siyasətinə verdiyiniz mənəvi dəstək, hüquqi dövlət quruculuğunda, məhkəmə-hüquq islahatlarının keçirilməsində, Azərbaycan Ədliyyə sisteminin təkmilləşdirilməsində və müasir standartlara cavab verməsində göstərdiyiniz səylər yorulmaz dövlət fəaliyyətinizdə xüsusi yer tutur.
Bu baxımdan kadrların yerlərdəki nümunəvi fəaliyyəti də məhz müdrik rəhbərliyiniz və zəngin hüquqi təcrübənizin təzahürüdür. Təbii ki, söhbət Məhkəmə-hüquq Şurasının üzvü seçilmiş Lənkəran rayon Məhkəməsinin sədri Kamran Süleymanovun, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanovun, Lənkəran İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayevin rəhbərlik etdikləri kollektivlərin vətəndaşlara göstərdikləri nümunəvi xidmətdən, qanunlarımızın aliliyini qoruyub onları həyata ədalətlə tətbiq etməkdən gedir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 gün ərzində torpaqlarımız 30 illik işğaldan azad edildi. Təbii ki, qazanılan tarixi qələbədən doğan sevinc hissi bütün xalqımızı birləşdirir. Bu böyük Zəfərdə ədliyyə işçilərinin də öz payı vardır. Onlardan şəhidlik zirvəsinə yüksələnlər, döyüşlərdə ağır yaralananlar oldu. Lənkəran İcra və Probasiya şöbəsinin rəisi Davud Ağayevin oğlu döyüşlərdə göstərdiyi igidliyə görə, cənab Prezidentin sərəncamı ilə bir çox medallarla təltif olunan Hüseyn Ağazadə qazi kimi ailəsinə qayıdıb.
Şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsi və hüquqlarının qorunması Ədliyyə Nazirliyinin fəaliyyət proqramının tərkib hissəsidir. Ədliyyə işçilərinin builki peşə bayramı həm də onunla əlamətdardır ki, bu bayram “Heydər Əliyev ili”nə və Ulu Öndərin 100 illik yubileyilinə təsadüf edir. Çünki Ədliyyə sistemində qazanılan bütün uğurların mənbəyi məhz dahi rəhbərin əsasını qoyduğu siyasətdən irəli gəlir.
Çox hörmətli Fikrət müəllim!
Sizi və rəhbərlik etdiyiniz Nazirliyin kollektivini 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Müstəqil Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə daha böyük uğurlar, şəxsi həyatınızda cansağlığı və uzun ömür arzulayıram.
Hörmətlə: Bəxtiyar Hüseynov,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Prezident mükafatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB