"Biz birlikdə müstəmləkəçiliyə qarşı mübarizə aparmışıq" - Monika Mutsvangva

"Biz birlikdə müstəmləkəçiliyə qarşı mübarizə aparmışıq" - Monika Mutsvangva

“Bizim insanlara yönəlik çox yaxşı konstitusiyamız var və ölkəmizdə gender bərabərliyinə çox böyük önəm verilir. 100 illik müstəmləkədən sonra Britaniya müstəmləkəsindən azad olaraq müstəqilliyimizi əldə etdik. Bu mübarizəyə qadınlar da qoşulmuşdu. Biz onları daim yad etməliyik. Onlar mənim ölkəmin qəhrəmanlarıdır. Biz birlikdə müstəmləkəçiliyə qarşı mübarizə aparmışıq. Həmin dövrdə bu qadınlar edam olunurdu”. SİA xəbər verir ki, bu sözləri Zimbabvenin qadın işləri, icma, kiçik və orta sahibkarlığın inkişafı naziri Monika Mutsvangva “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransda deyib.

O, sözlərinə belə davam edib: “Prezidentimiz demişdi ki, qadınlar dəyişikliyin əsas aparıcılarıdır. Biz qadınlara çox böyük hörmət etməliyik. Qadınlar nə qədər çox olsa, o qədər də çox sülh olar. Qadın hüquqları inkişafın əsas şərtlərindəndir. Yaşından, cinsindən, irqindən və maddi vəziyyətindən asılı olmayaraq 2030 gündəliyi çərçivəsində qadınların səlahiyyətlənməsi və qadın hüquqları ilə bağlı hökumətimiz öz güclərini birləşdirmişlər. Çağırışlar təbii ki, hələ də olmaqdadır.

Qadınlar siyasətçi olmaq istəyirlər. Lakin onların maliyyə imkanları həmişə məhdud olur. Qadın sahibkarlar bir- birini dəstəkləməlidirlər. Biz birlikdə çalışaraq gender əsaslı ayrı-seçkiliyə son qoymalıyıq. Çalışırıq ki, erkən evlilik hallarının qarşısını alaq və insanlara fürsət vermək lazımdır ki, qızlar da oğlanlarla eyni imkanlara malik olsunlar. Bu istiqamətdə investisiya qoyulmalıdır. Ölkəmiz bu barədə bir çox regional sənədlər imzalayıb. Bunlar gender bərabərliyini təmsil etmək üçündür.

Qadın və kişilərin bərabər rəftar hüquqları var. Onlar ictimai və siyasi məsələlərdə bərabər olmalıdır. Bu barədə hələ də boşluqlar var. Ayrı-seçkilik minimuma endirilməlidir. Erkən ailə həyatı quran qızların sayını azaltmağı qarşımıza məqsəd qoymuşuq. Çox təəssüf ki, rəqəmlər artmaqda davam edir. Bunlar üçün biz səhvlərimizi aşkar edib yanaşmamızı dəyişməliyik.

Qadınlar üçün xüsusi iş yerləri açırıq. Zorakılığa məruz qalan qadın və uşaqlar üçün xüsusi mərkəzlər yaratmışıq. Bizim bölgə üzrə koordinatorlarımız var və gender əsaslı zorakılıq olduğu zaman zamanında tədbir görürlər. Bizdə qadınkar əhalinin 52 faizini təşkil edir. Bu qadınları geridə qoymaq olmaz. Biz anlayırıq ki, qadınlar iqtisadiyyata öz töhvələrini verməlidirlər. Bu halda cəmiyyətimizin həyat standartı yüksələr. BMT də bunu deyir ki, belə olacağı təqdirdə cəmiyyətdə dabitlik hökm sürər.

Ayrı-seçkilik və qadınların məruz qaldığı zorakılığın qarşısını almaq üçün iqtisadi sektorlar arası fəal olmaq lazımdır. Kənd təsərrüfatında və turizm sahəsində qadınların sayının artdığını görürük. Biz minerallarımızdan lazımi şəkildə istifadə etsək, ölkəmizdə yoxsulluq olmaz. Bu il ölkəmiz 40 min ton qızıl ixrac edib. Bunun 60 faizini qadın sahibkarların təsis etdiyi şirkətlərin sayəsindədir. Qadınlara dəstək göstərilsə, bu rəqəmlər daha da artacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə