“Ölkədə it əti də, at əti də satmağa icazə var” - AİB SƏDRİ İZAH ETDİ
“Bu gün ət bahalaşaraq 19-20 manatadək yüksəlib. Təəccüb doğuran məqam odur ki, ət sürətlə bahalaşır amma ətdən hazırlanan kolbasa, sosiska eləcə də dönər xeyli ucuzlaşıb. Narahatlıq doğuran məqam isə ucuzlaşan ət məhsullarının keyfiyyətidir. Bu istehlakçıları da narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Burada istehlakçıları təəcübləndirən dönərin qiymətinin souslarla, mayonezlərlə birlikdə 1 manata, manat yarıma olması məsələsidir. Məhz bu da istehlakçıların düşüncəsində problem yaradır. Qeyd edək ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. İt əti də, at əti də satmağa icazə var. İt və at ətinin satışı ilə bağlı qanunda qadağanın olmaması belə halların yaranmasına zəmin verir”.
E.Hüseynov bildirib ki, AQTA bu məsələdə aparılan yoxlamaları artırmalıdır: “Qida Təhlükəsizliyi Agentliyi fəal işləməli, qanunlar çərçivəsində lazımi monitorinqlər aparmalıdır. Eləcə də dövlətin biznes qurumları üçün yaratdığı son dərəcə rahat, dünyanın heç bir ölkəsində olmayan toxunulmazlıq şəraitindən biznes qurumları sui-istifadə edib, istehlakçıların ömrünü baltalamasınlar”.
Özləm Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB