“Özəl sektorun rəqəmsallaşması yaxın illərin əsas hədəfi olmalıdır” - EKSPERT DANIŞDI

“Azərbaycanda texnologiyalar müxtəlif sahələrə tətbiq olunur. Bu daha çox özünü dövlət sektorunda göstərir. Çünki Azərbaycanda əsas texnologiya investoru dövlət büdcəsidir. Bu vəsaitlər sayəsində müxtəlif sahələrə dövlət tərəfindən texnologiyalar tətbiq olunur. Lakin burada da görüləcək işlər çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

F.Kazımov bildirib ki, müxtəlif xidmətlərdən virtual formada yararlana bilmək vacib məsələdir: “Ümid edirək ki, yaxın illərdə bu məsələ öz həllini tapar. Hesab edirəm ki, ölkəmizdə virtual mərkəz açılmalıdır. Hansı ki, digər mərkəz operatorları və başqaları ilə əlaqə yaratmaq mümkün olsun. Süni intellekt üzərindən audio və video botların tətbiqi məsələsi də gündəmə gətirilməlidir. Bu istiqamətdə xaricdə işlər aparılır, Azərbaycanda da məncə fəaliyyəti vacib sahədir. Hazırda ən böyük problem özəl sektorda texnologiyaların tətbiq edilməməsidir. Çünki özəl sektorun resursu azdır və buna görə də müəyyən mənada texnologiya sahəsindən geridə qalır. Özəl sektorun rəqəmsallaşması yaxın illərin əsas hədəfi olmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə