“İraq parlamentinin bir qismində xanım deputatlar yer tuturlar” - Müşavir
“Qadınların səlahiyətləndirilməsi məsələsi olduqca əhəmiyyətlidir. İraq parlamentinin bir qismində xanım deputatlar yer tuturlar. Onlar insan və qadın hüquqları məsələlərində önəmli addımlar atırlar. İraqda qəbul edilmiş 2020-2023-cü illər Dövlət Proqramında qadınların səlahiyətləndirilməsi məsələsi əksini tapıb”. SİA xəbər verir ki, bu fikirləri İraq baş nazirinin qadın işləri üzrə müşaviri Ala Tahsin Habib Talabani Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.
Qadınlara qarşı zorakılığın qarşısının alınması məsələsinin mühüm əhəmiyyətini qeyd edən İraq baş nazirinin müşaviri bildirib: “Qadın və kişi arasında gender bərabərliyini bütün gücümüzlə dəstəkləyirik. Bu məsələ ilə bağlı İraqda 75 dən artıq dövlət sənədi qəbul edilib. Qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB