“Küveytdə qadınların qazancları ildən-ilə artır” - Maryam Alazemi
“Qadınların hüquq və səlahiyyətlərini nəzərdən keçirmək üçün toplaşdığımız vaxtda xatırlatmaq istəyirəm ki, Fələstin ərazisi acınacaqlı vəziyyətdədir. Burada insanların hüquqları ciddi şəkildə pozulmaqdadır”. SİA xəbər verir ki, bu sözləri noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı Küveyt Ailə Məsələləri üzrə ali şuranın baş katibi Maryam Alazemi deyib.
Onun sözlərinə görə, Küveytdə qadınların qazancları ildən-ilə artır: “Özəl sektorda onların payı 48, dövlət sektorunda isə 66 faizə çatıb.
Küveyt Müdaifə Nazirliyində rəhbər və nəzarətin 47 faizini qadınlar tutur. Küveyt dövlətinin müsbət göstəricilərini müşahidə edirik. Bizim planlarımızdan biri 2023-cü ilə qədər qadınların hüquqlarının təmin olunmasıdır. Bütün bunlar qadınlara olan diqqət və qayğının bariz nümunəsidir. Qadın ölkənin inkişafında əsas element kimi iştirak edir. Qadının qərar icrasında iştirakı bizim konstitusiyamızda dərc olunmuş prioritetlərdəndir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB