Pensiya, müavinət və digər ödəniş alanlar üçün yeni “Sosial tərəfdaş” layihəsi təqdim olunub. SİA xəbər verir ki, bu layihə çərçivəsində alış-veriş zamanı 30 faizə qədər endirim əldə etmək mümkün olacaq. Bu endirimlərin yalnız nağdsız ödənişlər zamanı tətbiqinin mümkün olduğu bildirilib. Bu da birbaşa nağdsız ödənişlərin stimullaşdırılmasına dəstək üçün mühümdür.
Layihə çərçivəsində DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödənişləri aldıqları bank kart vasitəsilə alış-veriş etdikdə endirim əldə edəcəklər.
Qeyd edək ki, tərəfdaş şirkətlərin sayı hazırda 1000-ə qədərdir və artırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB