“Qadın hüquqlarının təmin edilməsi BMT-nin gündəliyinin ayrılmaz hissəsidir” - Vladanka Andreyeva
"Qadın hüquqlarının təmin edilməsi məsələsi BMT-nin gündəliyinin ayrılmaz hissəsidir". SİA xəbər verir ki, bu sözləri BMT-nin Azərbaycandakı prezident əlaqələndiricisi Vladanka Andreyeva noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT Azərbaycanda qadın hüquqlarının qorunması və inkişaf etdirilməsi ideyasını fəal şəkildə dəstəkləyir: “Bu gün biz gender bərabərliyi məsələsində dialoq üçün hər cür platformadan istifadə etməliyik. Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahəsində müsbət nəticələr gələcəkdə bu istiqamətdə yeni təşəbbüslərə ilham verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB