“Bütün sahələrdə qadınların fəaliyyəti təqdirəlayiq və danılmazdır” - NAZİR

“Bütün sahələrdə qadınların fəaliyyəti təqdirəlayiq və danılmazdır” - NAZİR

“Bu konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana və digər təşkilatçı ölkələrə təşəkkür edirəm. Bu görüş bizim üçün çox böyük fürsətdir, fikir mübadiləsi aparmaq, yaxından əməkdaşlıq etmək baxımdan olduqca əhəmiyyətlidir”. SİA xəbər verir ki, bu fikirləri Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.

O, Mərkakeş Krallığında qadın, uşaq və ailə məsələləri istiqamətində həyata keçirilən işlərdən bəhs edib: “Mövcud sahədə bir sıra irəliləyişlər əldə edilib. Qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından dövlət tərəfindın lazımi addımlar atılır. Mərakeşin inkişafında qadınlar böyük pay sahibi olmalıdır. Bütün sahələrdə qadınların fəaliyyəti təqdirəlayiq və danılmazdır.

2023-cü ilin sonları ərəfəsində dövlət səviyyəsində ailə və qadınların bir çox problemlərinin həllində praktiki addımlar atılıb. On səkkiz milyona yaxın ailə bu fürsətdən yararlanıb”.

Qadın bütün sahələrdə tam hüquqlu şəxs kimi qəbul edilməli olduğunu deyən Hayar Avatif, ölkəsindəki deputatların 24 faizinin qadınlar təşkil etdiyini söyləyib. Qeyd edib ki, qadınlar üçün bütün sahələrdə layiqli şərait yaradılıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə