“Gender məsələsi ayrı-seçkiliklərin aradan qaldırılması ilə təşəkkül tapmaqdadır” - NAZİR

“Gender məsələsi ayrı-seçkiliklərin aradan qaldırılması ilə təşəkkül tapmaqdadır” - NAZİR

“Bu olduqca vaxtında keçirilən bir konfransdır. Təşkilatçıların hər birinə təşəkkür edir və burada olmaqdan məmnunluq duyuram. Nepal tərəfindən bir sıra nəaliyyətləri diqqətinizə çatdırmaq istəyirdim”. SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında Nepalın qadınlar, uşaqlar və qocalar naziri Surendra Raj Açarya deyib.

O, sözlərinə belə davam edib: “Qadın və uşaqlar ən həssas təbəqə olduğundan bir çox məsələdə necə zərbə aldıqlarını bilirik. Bu mənada Nepal konstitusiyasında fundamental qadın və uşaq hüquqları tanınıb. Qadınların bərabər şəkildə ailə, mülkiyyət və ictimai həyatda iştirakı tam mənada təmin olunub.

Qadınlar 2022-ci ildə keçirilən seçkilərdə 21 faiz olmuşdur. Milli parlamentdə isə 42.7 və 47.7 faiz olmuşdur. Qadınların səlahiyyətləndirilməsi istiqamətində Nepalda bir sıra addımlar atılıb. Bu sistem bütün dövlət idarəçilik sturukturlarında təşəkkül tapmaqdadır.

2019-cu ildə 27 faizə qədər qadınların idarəedici və qərarverici orqanlarda iştirakı yüksəlmişdir. Qətnamənin əsas prinsiplərinə uyğun olaraq bizdə qadın hüquqlarının təmin olunması üçün ayrıca komitə təşkil olunub. Nepal Qoşulmama Hərəkatında qadın, qız və cinsi azlıqların hüquqlarına öz töhfəsini verməkdədir.

Nepal Respublikası gender baxımından ayrı-seçkiliyə yol verən qanunvericilik aktlarını islah etmişdir. Gender məsələsi bütün ayrı-seçkiliklərin aradan qaldırılması ilə təşəkkül tapmaqdadır. Nepal Cənub Şərqi Asiyada genderyönümlü büdcənin formalaşması ilə diqqət çəkir. Artıq 40.25 faiz artım büdcədə gender əsasında müşahidə olunur. Son olaraq qeyd edim ki, qadınların hüquq və səlahiyyətləri baxımından əməkdaşlıq bütün səviyyələrdə vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə