"Arzu edirəm ki, Zabux camaatı əvvəlki xoş günlərinə qayıtsın" - Laçın sakini

"Arzu edirəm ki, Zabux camaatı əvvəlki xoş günlərinə qayıtsın" - Laçın sakini

"1992-ci il mayın 17-də Laçından didərgin düşmüşük. Həmin dövrdə mən torpaqlarımız uğrunda döyüşmüşəm. İki oğlum Aprel döyüşlərində, bir oğlum isə 44 günlük müharibədə iştirak edib". Bu sözləri SİA-ya danışan Laçın sakini Fəxrəddin Rəsulov deyib.

"Hələ 22 yaşımda gənc ikən çıxdığım Laçına öz nəvələrimlə qayıtmaq çox gözəl bir hisdir. Bu hissi bizə yaşadanlar var. Dövlət başçımızın canı sağ olsun ki, bizə bu cür şərait yaradıb. Bizim Vətənə qayıdışımızda Ali Baş Komandanın böyük rolu var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah bizim keşiyimizi çəkən bütün əsgərlərimizi qorusun. Biz onlara arxayın olaraq Zabuxa qayıdırıq. O gün olsun ki, Zabux camaatı əvvəlki xoş günlərinə qayıtsın",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə