"Bilirəm ki, babalarımın ruhu şaddır" - Balaca laçınlının təəssüratları
"Çox sevincliyəm ki, atamın doğulduğu kəndə qayıdıram. Bir tərəfdən də təəssüflənirəm ki, babalarıma bu günləri görmək qismət olmadı. Amma bilirəm ki, onların ruhu şaddır". Bu sözləri SİA-ya öz təəssüratlarını bölüşən Laçın sakini Sahilə Qasımova deyib.
"Ali Baş Komandan İlham Əliyevə minnətdaram ki, bizə bu günləri görməyi nəsib etdi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və əsgərlərimizə can sağlığı arzulayıram. Atamgil mənə həmişə Laçının çox gözəl olduğu barədə danışıblar. İndi o gözəl yerləri canlı görəcəyim üçün həyəcanlıyam. Ümid edirəm ki, Laçında da özümə yeni dostlar tapacam",- deyə balaca laçınlı əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB