Bu il Ukraynada vətəndaşlıq alan azərbaycanlıların sayı məlum olub

Bu il Ukraynada vətəndaşlıq alan azərbaycanlıların sayı məlum olub

2023-cü il noyabrın 1-nə qədər Ukrayna vətəndaşlığını alan azərbaycanlıların sayı məlum olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu müddət ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb.

Onlardan 3-ü uşağa qəyyumluğun müəyyən edilməsi, 15 nəfər Ukraynada doğulan, 177 nəfər ərazi mənşəyinə görə, 4 nəfər isə valideynlərindən birinin Ukrayna vətəndaşlığında qalması ilə əlaqədar vətəndaşlıq alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə