Bu ilin on ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz artaraq 9 milyard 087,1 milyon manat olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 895,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə
müqayisədə nominal ifadədə 177,1 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB