Azərbaycanda sürücülük vəsiqəsindən hicab qadağası götürülüb? - EKSPERT AÇIQLADI
"Azərbaycanda sürücülük vəsiqəsindən hicab qadağasının götürülməsi məsələsi sosial şəbəkələrdə paylaşılmış bir postdur və əslində qadağa aradan götürülməyib". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, sadəcə Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmi tələbidir ki, hicab ilə sənəd şəkli çəkdirmək olmaz, yaxud da üzün üç təyin nöqtəsi var ki, bunlar mütləq açıq görünməlidir: "Bura gözlər, çənə hissəsi və yanaqlar aiddir. Təhlükəsizlik tədbirləri çərçivəsində belə bir qərar tələb kimi qoyulub".
Aslan Əsədov sözlərinə belə davam edib: "Azərbaycanda sürücülük vəsiqəsindən hicab qadağasının götürülməsi ilə bağlı 100 faiz əminliklə birşey söyləyə bilmərəm. Bunun üçün təsdiqlənmiş cavab almaq lazımdır. Lakin əldə etdiyim məlumatlara görə belə bir informasiya səlahiyyətli qurumlarda yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB