Gəncə şəhərində və ətraf rayonlarda güclü külək əsir, bir sıra fəsadlar yaranıb. SİA-nın Qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayaraq əsən güclü külək bölgədə bəzi fəsadlar törədib.
Bir neçə ağac aşıb, iri budaqları sınıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Yollarda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər yaranıb.
Hazırda şiddətli küləklə müşahidə olunan hava şəraiti Gəncə şəhərində və ətraf rayonlarda davam edir. Külək səbəbindən ortaya çıxmış başqa fəsadlar aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB