"Gələn il büdcənin 70 faizi sosial proqramlara yönəldiləcək" - ŞƏRH EDİLDİ
“Dövlət büdcəsinin hazırlanması zamanı müasir dövrün çağırışları nəzərə alınıb. Növbəti ilin dövlət büdcəsi sosial yönümlüdür. Dövlət büdcəsinin prioritetləri sırasında işğaldan azad edilmiş ərazilərin bərpası, müdafiə qabiliyyətinin gücləndirilməsi, təhsil və digər məsələlər də daxildir. Bu isə iqtisadiyyatın davamlı inkişafına, nəzərdə tutulan proqramların həyata keçirilməsinə zəmin yaradacaq. Gələn il büdcənin 70 faizi sosial proqramlara yönəldiləcək”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, növbəti ildə də müdafiə və milli təhlükəsizlik xərcləri dövlət büdcəsinin əsas xərcləri sırasındadır: “Proqnoz belədir ki, bu il inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir. Gözlənilir ki, ilin sonunda infilyasiya artıq birrəqəmli olacaq, yəni təxminən 5,3 %. Şərqi Zəngəzur və Qarabağın bərpası üçün də vəsait artırılacaq.
Azərbaycan Prezidentin daxili siyasətinin prioritet istiqamətlərindən biri də vətəndaşların sosial müdafiəsinin təmin edilməsi, sosial rifahının daim yaxşılaşdırılmasıdır. Hər il Azərbaycan büdcəsinin böyük bir hissəsi sosial xərclərə ayrılır. 2024-cü ilin büdcəsində də bu nəzərdə tutulub. Əhalinin aztəminatlı hissəsinin, sosial müdafiə və qayğıya ehtiyacı olan qrupların təminatlarının, onlara olan xidmətin keyfiyyətinin yüksəldilməsi sosial siyasətin mühüm tərkib hissəsidir. Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST Agentliyi və ondan sonra açılmış 7 DOST Mərkəzi məhz bu məqsədə xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB