Dünya üzrə 281 milyon beynəlxalq miqrant var - DMX

Dünya üzrə 281 milyon beynəlxalq miqrant var - DMX

2020-ci ilin statistikasına əsasən, 281 milyon beynəlxalq miqrant var. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bu rəqəm dünya əhalisinin 3.6 faizini təşkil edir.

Həmçinin, qeyd edilib ki, 2021-ci ilin statistikasına əsasən, dünyada 21,3 milyon qaçqın, 4.6 milyon sığınacaq axtaran şəxs, 53,2 milyon məcburi köçkün var.

Bütün xəbərlər Facebook səhifəmizdə