"Daxili mədəniyyət əksikliyi aqressiv hərəkətlərə sövq edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Daxili mədəniyyət əksikliyi aqressiv hərəkətlərə sövq edir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Stress və daxili mədəniyyət əksikliyi aqressiv hərəkətlərə sövq edir. Dəyərlərə hər an, hər sahədə, hər peşədə sadiq qalmaq önəmlidir. Birgə yaşamaq mədəniyyətimiz olmasa sağlıqlı və hüzurlu həyatı tamamilə unutmalı olacağıq. İctimai nəqliyyatda olan mənfi hadisələr kimi. Nəqliyyatdan dayanacaq olan yerlərdən minmək və enmək olar. Başqa tələblər təhlükəlisizlik amilini aşağı salır". Bu sözləri SİA-ya Etika Akademiyasının rəhbəri Günel İbrahim deyib.

O bildirib ki, sürücü siqaret, spirtli içki və digər energetiklərdən istifadəsi qəbuledilməzdir: "İlk olaraq enən sərnişinə yol verilir, daha sonra nəqliyyata daxil olanların sırasıdır. Nəqliyyata daxil olan zaman irəliləmək gərəklidir ki, sonradan minən sərnişinə yer olsun. İri çanta daşıyıcısı nəqliyyatda başqalarına maneçilik törətməmək üçün çiynindən endirməlidir. Oturacaqlar ilk öncə pensionerler, uşaqlı qadınlar, fiziki məhdudiyyəti olanlar üçün nəzərdə tutulmuşdur. Başqasına diqqətlə baxmaq, bərkdən telefonla danışmaq, səsli oyunlara və videolara baxmaq olmaz. Xoş söz, xoş münasibət bütün səfəri təhlükəsiz edər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə