İqlimin dəyişmə səbəbi sənayeləşmə və şəhərlərin böyüməsidir

Temperaturun 3 dərəcə artması Yer kürəsinin yaşanılmaz hala gəlməsi deməkdir
İqlimin dəyişmə  səbəbi sənayeləşmə və şəhərlərin böyüməsidir

Son illər yanğınlar, quraqlıq, sel hadisələrinin artması kimi iqlim dəyişmələrinin fəsadlarını görürük. Elmi araşdırmalara görə, son 150 ildə orta temperatur 1.1 dərəcə artıb. Əgər 2 dərəcə artım olarsa, planetdə qida çatışmazlığı, köçlər, müharibələr yaşana bilər. Temperaturun 3 dərəcə artması isə Yer kürəsinin yaşanılmaz hala gəlməsi deməkdir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteoroloji Forumunda deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin ən böyük səbəbi sənayeləşmə və şəhərlərin böyüməsidir. Çirklənməyə ən çox səbəb olan ölkələr isə ABŞ, Hindistan və Avropa İttifaqı ölkələridir.

Nazir iqlim dəyişmələri ilə birgə mübarizənin daha səmərəli olacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə