Riskli əməliyyat zamanı məsuliyyəti kim daşıyır? - HÜQUQŞÜNAS AÇIQLADI

Riskli əməliyyat zamanı məsuliyyəti kim daşıyır? - HÜQUQŞÜNAS AÇIQLADI

"Əgər tibbi göstəriş varsa, xəstə əməliyyat olunmalıdır. Əgər xəstə heç özündə deyilsə, qərar qəbul edə bilmirsə, həkim qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində qanuni və əsaslı şəkildə tibbi müdaxiləni, yaxud da cərrahiyəni etməlidir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev həkimlərin əməliyyat zamanı xəstədən iltizamnamə alması barədə danışarkən deyib.

Şamil Paşayev sözlərinə belə davam edib: "Ümumiyyətlə istənilən halda, həm estetik, həm də tibbi göstəriş olduqda əməliyyat olunarkən xəstənin yaxınlarından iltizamnamə alınması tammailə absurddur. Bu qayda bizim qanunvericiliklə uyğunlaşmır. Çünki bəlkə xəstənin qohumu onu öldürmək istəyir və bu səbəbdən əməliyyat etdirir?! Qohumdan iltizamnamə almağın nə mənası var? O hansı hüquqi proseduru yerinə yetirə bilər ki?!

Estetik əməliyyatlarda şəxsin özü əməliyyata gəlirsə, şəxs riskləri özü qarşılasa da belə, burada həkim məsuliyyət daşımalıdır. Tibbi göstərişlər şəxsin əməliyyat olunmasına icazə vermirsə, həkim onu əməliyyat etməməlidir. Bu iltizamın hər hansı bir hüquqi qüvvəsi yoxdur. Həkimin burada xəstəyə hər hansı zərər vurması, onun ölümünə səbəb olan hərəkətlər etməsi həkimi məsuliyyətdən kənarda saxlamır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə