"Bəzi özəl ali təhsil müəssisələri müəllimə dilənçi pulu verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bəzi özəl ali təhsil müəssisələri müəllimə dilənçi pulu verir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Gənclərin xarici ölkələrə üz tutmasında bir neçə səbəb ola bilər. Birincisi, qloballaşma dediyimiz faktdır”. Bu sözləri SİA-ya açıqlasında fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub deyib.

Mail Yaqub sözlərinə belə davam edib: “Bəs, nədir qloballaşma? Biz kommunikasiyanın, rabitələrin genişləndiyi bir internet dövründə yaşayırıq. Həmçinin, biz Azərbaycanda oturub dünyanın o başındakı inkişaf etmiş ölkələrin imkanlarını görürük. Bu da gənclərdə böyük motivasiya yaradır ki, o ölkələrə gedib oradakı yüksək xidmət göstərən şirkətlərə üz tutsunlar, oradakı yüksək təhsil verən ali təhsil müəssisələrindən bəhrələnsinlər. Gənclərin ölkədən getməsində əsas səbəb budur. Amma biz bunu bəyənmir və məmnun deyilik.

Şəxsən mən bir müəllim kimi istəməzdim ki, Azərbaycanın istedadlı gəncləri ölkəmizi tərk etsin. Çünki Azərbaycanı həmin o gənclər inkişaf etdirəcək. Bunun qarşısını almaq üçün ilk növbədə gənclərə vətənpərvərlik əhval-ruhiyyəsi səmimi şəkildə aşılanmalıdır.

İkincisi Azərbaycanda təhsil mərkəzlərinin təhsil səviyyəsi artırılmalıdır. Bəzi özəl ali təhsil müəssisələri müəllimə dilənçi pulu verir. Bunlar guya adlı-sanlı təhsil müəssisələridir. Ümumiyyətlə, biz Azərbaycanda köçün qarşısını almaq istəyiriksə ölkədə vəziyyəti həm təhsil, həm də iqtisadi baxımdan yaxşılaşdırmalıyıq. Belə olan halda xaricə köç etmək istəyən gənclərin sayı azalacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə