“Suyun səviyyəsinin aşağı düşməsi 5 ölkə üçün ciddi problemdir” - AYDINLIQ GƏTİRİLDİ

“Suyun səviyyəsinin aşağı düşməsi 5 ölkə üçün ciddi problemdir” - AYDINLIQ GƏTİRİLDİ

“Xəzər dənizi əslində göldür və okeanlara çıxışı yoxdur, bir neçə mənbədən qidalanır. Xəzər dənizinin su səviyyəsi bir göl olaraq ətraf mühitlə, yağıntılarla və tektonik dəyişmələrlə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, Xəzər dənizinin suyunun azalmasının səbəblərindən biri ona axan Volqa çayının da suyunun azalmasıdır: “X Qlobal Bakı Forumunda da bu problemlə bağlı məsələlər qaldırıldı. Amma konkret olaraq Xəzər dənizinin suyunun azalma səbəbinin nə olduğunu deməkdə çətinlik çəkirlər. Əsas səbəbləri yağıntılar, tektonik dəyişikliklər və Xəzər dənizinə axan çayların suyunun azalması olmaqla üç yerə bölə bilərik. Bu kimi səbəblər Xəzərin suyunun geri çəkilməsində rol oynayır. Başqa səbəbi ola bilməz. Çünki Xəzərin başqa yerə axıntısı da yoxdur.

Forumda verilən statistik məlumata görə, Volqa çayında keçən il illik axın 114 kub metr olub. Əvvəllər isə bu rəqəm 146 kub metr təşkil edirdi. Eyni zamanda Xəzərə tökülən sulara antropagen təsirlər ola bilər. Suyun səviyyəsinin bu formada aşağı düşməsi Xəzəri əhatə 5 ölkə üçün ciddi problemdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə