Fəsil dəyişkənliyi saçlarımızı tökə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
"Fəsil dəyişkənliyi saç tökülməsinə səbəb ola bilər. Xüsusilə payızda, avqust-sentyabr aylarında saçı tökülənlərin sayı artır. İnsanlar da var ki, qış aylarında düzgün qidalanmır". Bu sözləri SİA-ya trixoloq Gültəkin Abdullayeva deyib.
Onun sözlərinə görə, belə olan halda yaz aylarında həmin şəxslərdə saç tökülməsi müşahidə oluna bilir: "İnsan əhval-ruhiyyəsinin də saça xüsusi təsiri var. Ümumiyyətlə, stress mənşəli saç tökülməsi hallarına tez-tez rast gəlirik. Bu cür mənşəli tökülmə digər səbəblərdən dolayı saç tökülmələri içərisində ən ağırıdır. Bu hal necə baş verir? Orqanizmdə olan bütün orqanlar kimi baş dərisinin də sinir və damar təchizatı var. Stress zamanı saç dərisində xüsusi maddələr əmələ gəlir ki, bu da saçların ətrafında yığışaraq ümumi saçın fəaliyyətini pozur. Hansısa güclü stress keçirmiş və ya psixoloji gərginlik vəziyyətində olan insanların saçında təbii olaraq hər zaman problem yaranır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB