Gimnaziyada yubileyə həsr olunmuş ekoloji tədbir - Heydər Əliyev–100

Gimnaziyada yubileyə həsr olunmuş ekoloji tədbir - Heydər Əliyev–100

Ümummilli lider Heydər Əliyev Respublikaya rəhbərliyi dövründə bütün sahələrə olduğu kimi Azərbaycan təbiətinin mühafizəsinə və zənginləşməsinə xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, Ulu Öndərin təbiət sevgisi ümumtəhsil məktəblərində keçirilən mütəmadi tədbirlərlə şagirdlərə aşılanır. Bu günlərdə Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Lerik şəhər V.İbrahimov adına İnteqrasiya Təlimli İnternat tipli gimnaziyada “Ulu Öndərin təbiət sevgisi və məktəblilərin ekoloji tərbiyyəsi” mövzusunda keçirilən tədbir də bunun bariz nümunəsidir.

Tədbiri giriş sözü ilə açan Gimnaziyanın direktoru Tehran Höccətov dedi: - Məlum olduğu kimi möhtərəm Prezidentin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. İlin əvvəlindən Ulu Öndərin 100 illiyi münasibətilə müxtəlif mövzularda tədbirlər keçirmişik. Təbii ki, bu tədbirlərin arasında şagirdlərin ekoloji şüurunun formalaşmasında mühüm rol oynayan ekoloji tədbirlər mütəmadi xarakter daşıyır. Çünki şagirdlərimizə hələ məktəb illərindən Ulu Öndərin təbiət sevgisini aşılamağa, onların təbiətə məhəbbət ruhunda tərbiyyə olunmasına xüsusi diqqət yetiririk. Özü də bu tədbirlər bir qayda olaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və məktəb rəhbərliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Fürsətdən istifadə edib məktəblilərin ekoloji tərbiyəsinə göstərdiyi diqqətə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə və 1 saylı Regional ETSİ-nin rəisi Ceyhun Hüseynova məktəbimizin müəllim kollektivi adından minnətdarlığımızı bildirirəm.

1 saylı ETSİ-nin əməkdaşı, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Bəxtiyar Hüseynov çıxış edərək bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu kimi qəlbimizdə əbədi yaşayır. Ulu Öndər əsrarəngiz, zəngin sərvətlərə malik Azərbaycan təbiətini hədsiz məhəbbətlə sevir, onu mühafizə edib gələcək nəsillərə çatdırmağı ümumdövlət əhəmiyyətli iş hesab edirdi. Biz məsləhət bildik ki, təhsil müəssisələrində daha çox ekoloji mövzuda tədbir keçirək. Çünki təbiətə sevgi aşılamaq adətən məktəb illərindən başlanır. Təbii ki, bu günkü tədbir də məhz şagirdlərin ekoloji ruhda tərbiyyə olunmasına xidmət edir.

Tədbirdə yazıçı-ekoloq ona ünvanlanan çoxsaylı sualları cavablandırdı.

Sonra məktəbin həyətində ağackəsmə aksiyasına start verildi. Müəllim və şagirdlərin iştirakı ilə keçirilən aksiyada 1 saylı Regional E.T.S.İ-nin gimnaziyaya bağışladığı dəmirağacı tingləri və toxumu, sərv ağacının tingləri məktəbin giriş hissəsindəki ərazidə əkildi. Eyni zamanda Heydər Əliyevin 100 illiyi münasibətilə becərilmək üçün Gimnaziyanın bir neçə şagirdinə 100 ədəd dəmirağac toxumu paylanıldı .Bu da simvolik məna daşıyırdı. Axı, 100 toxum gələcəyin 100 ağacı deməkdir. Bu ağaclar boy atdıqca Ulu öndər də zaman-zaman anılacaqdır.

Tədbirin sonunda məktəblilərlə xatirə şəkilləri çəkildi.

Bahar Mürsəlova,
Lerik rayonu, Heydər Əliyev
Mərkəzinin elmi işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə