"Tolerantlıq və multikulturalizm mənəvi öhdəlik, yanındakını sevməkdir” - Rəvan Həsənov
“Xarici ölkədə tədbir keçirdikdə hər zaman vurğulayırıq ki, Azərbaycanda multikultiralizmin banisi Ulu Öndər Heydər Əliyevdir. Onlar isə bizə həmin dövrdə Azərbaycanda heç bu ifadənin olmadığını deyirlər. Lakin unutmamalıyıq ki, Sovet hakimiyyətinin çətin anlarında riskli addımlar ataraq milli mənəvi dəyərlərin qorunması, din xadimləri ilə görüşləri, ikinci hakimiyyəti dövründə isə dini ibadətgahların fərq qoyulmadan dəstəklənməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
R.Həsənov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixini gözəl bilən lider idi: “Müxtəlifliyin qorunması ilə yanaşı, dövlətin gələcək inkişafını da düşünürdü. Biz hazırda dünyada tolerantlıq və multikulturalizmin əsas nümunəsi olan ölkədə yaşayırıq. Xaricdə baş tutan sonuncu tədbirlərdən birində xarici ekspert Azərbaycanda multikulturalizm və tolerantlığın Qərbdən fərqli olaraq yalnız hüquq müstəvəsində olmadığını bildirdi. Həqiqətən də ölkəmizdə tolerantlıq və multikulturalizm mənəvi öhdəlik, yanındakını sevməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB