"Bankların faiz dərəcəsi aşağı salınmalıdır" - SİYAVUŞ NOVRUZOV

"Azərbaycan müstəqillik əldə etdikdən sonra bank sistemi yarananda 300-ə yaxın özəl bank fəaliyyət göstərirdi. Getdikcə bank sistemləri təkmilləşdi. Nizamnamə kapitalının artması ilə bağlı bir sıra banklar sıradan çıxdı və ya ləğv olundu. Bu gün Azərbaycanda dövlət banklarından başqa 40-a yaxın özəl bank fəaliyyət göstərir. Özəl bank sisteminin olması çox sayda vətəndaşla ünsiyyət qurulmasına şərait yaradır və qarşılıqlı rəqabət yaranır. Məsələn, biri bir faizlə digəri o biri fazilə vətəndaşa kredit verib rəqabət yarada bilər". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçiirlən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat szölərinə belə davam edib: "Bu gün vətəndaşların orta və kiçik sahibkarlıqla məşğul olması üçün ala biləcək kreditlərin faizi yuxarıdır. 14 faiz kreditlə vətəndaşın təsərrüfatla, yaxud bizneslə məşğul olmağı və bu pulun qaytarılmaığı çox çətindir.

Birinci məsələ burada bankların faiz dərəcəsinin aşağı salınması olmalıdır. Düzdür, bizdə güzəştli kreditlər var ki, kənd tərəsərrüfatına və ayrı-ayrı sahələrə 3-7 faiz arasnda verilir. Amma digər vətəndaşlara da şərait yaradılmalıdır ki, insanlar gəlir əldə etsin, kiçik və orta sahibkarlıq inkişaf etsin, rayonlarda iş yerləri açılsın.

Bu gün bankların xarici banklarla əməkdaşlığı sıfır dərəcəsindədir. Pul dəyişmə məntəqələrinin sayı da artırılmalıdır. Bunlar şənbə, bazar və bayram günləri işləməlidir. Hamısı bankların içində yerləşir. Əks halda, vətəndaş da məcbur qalır ki, Bakıda 1-2 yerdə bu məntəqəni axtarsın. Kənddə isə qara bazar fəaliyyət göstərir. Ona görə də pul dəyişmə məntəqələrinin sayı artırılmalıdır. Bu həm də iş yeridir. Unutmayaq ki, bank sistemi ölkənin qan-damar sistemidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə