“Ermənilərin etdiklərini unutmamaq üçün tarix kitablarını dönə-dönə oxumalıyıq” - DEPUTAT ŞƏRH ETDİ

“Ermənilərin etdiklərini unutmamaq üçün tarix kitablarını dönə-dönə oxumalıyıq” - DEPUTAT ŞƏRH ETDİ

“Bakıda keçirilən IX Beynəlxalq Kitab Sərgisində yaşından asılı olmayaraq hər kəs sərgiyə böyük maraq göstərdi. Dövlət tərəfindən qayğı və diqqətin göstərilməsi öz yerində, lakin insanların könüllü şəkildə sərgiyə qatılaraq, imza mərasimlərində iştirakları, kitablar alması təqdirəlayiq hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanda əhalinin az kitab oxuması düşüncəsi tamamilə yanlış imiş: “Amma təbii ki, 21-ci əsrə qədər kitab birmənalı olaraq hər şeyi üstələmişdi. İnsan həyatına televiziya, radio və son dövrün texnologiyaları kitabın rolunu azaldıb. Amma bu o demək deyil ki, kitab oxuyanların sayı azalıb. Bu mənada sərgi göstərdi ki, Azərbaycan oxucusu kifayət qədərdir və içlərində gənclər üstünlük təşkil edir.

Biz 44 günlük müharibədən qələbə ilə çıxan xalqıq. Amma bu gün Azərbaycan ilə bağlı tarixi kitabları oxumalıyıq. Ermənilərin bizə qarşı etdiklərini unutmamaq üçün tarix kitablarını dönə-dönə oxumalı, öyrənməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə