“Bəzi yeniyetmələr həddindən çox aqressiv olur və ya yanlış qruplaşmalara yönəlir ki, bu da nəticədə onların məktəbdən, dərsdən uzaqlaşmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlmasında sosioloq Fatimə Hacıbəyli deyib.

Onun sözlərinə görə, uşaqlar yanlış maraqlara, zərərli vərdişlərə də daha tez yönələ bilirlər: “Həmçinin, valideynlər övladlarının bu dönəmdə dost çevrəsi, ünsiyyətdə olduğu insanlara diqqət etməli və onları tanımalıdır. Əgər bir uşaq təhsildən uzaqlaşırsa, dərslərini oxumaq istəmirsə təbii ki, asudə vaxtını daha çox dostları ilə əylənərək keçirir və zamanla yanlış istiqamətdə maraqlara yönəlir.
İnsan sosial varlıqdır, biz övladlarımızı nə qədər tərbiyə etsək də, doğru yönləndirsək də onu cəmiyyət, ünsiyyətdə olduğu insanlar və ətraf da müəyyən mənada tərbiyə edir və ona təsir edir. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayrı-ayrı saytlarda bu qəbildən olan videogörüntülərin yayımlanması yolverilməzdir. Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına qadağa qoymaq lazımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB