“Doğru bildiyimizin təsdiqi üçün andiçməyə gərək yoxdur” - QURUM RƏSMİSİ DANIŞDI
“Allah-təala bizi yaradıb və bizə dərketmə və duyum imkanları verib. İnsana verilən dəyərlər nəticəsində qərar qarşısında qalarsa, seçimlərini süzgəcdən keçirərək, düzgüm seçim edə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, insan qarşı tərəfə də düşündüklərini düzgün çatdırmalıdır: “Bunun üçün dinimiz nəyəsə andiçməyi zəruri bilmir. Doğru bildiyimizin təsdiqi üçün andiçməyə gərək yoxdur. Şəxs istisna hallarda, zəruriyyət olduqda and içə bilər. Bu zaman isə insan, Allahı və ya Quranı şahid gətirərək, and içə bilər. Əks təqdirdə yeri gəldi-gəlmədi and içmək düzgün hesab olunmur və bu insanı günaha apara bilər. Hətta hədislərdə qeyd olunur ki, hər kiçik məsələ üçün belə insan and içirsə, bu onun yanlış əməldə olduğunu göstərir. Buna görə də hər zaman and içmək məkruhdur, yəni bəyənilməyən əməldir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB