"Turşulardan zəhərlənmə halları düzgün emal prosesinin getməməsi səbəbindən əmələ gəlir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, həmçinin, düzgün şərtlər altında saxlanılmayan turşular qida zəhərlənməsinə gətirib çıxarır: "Torpaqdan çıxan tərəvəzlərin düzgün şərtlər altında yuyulmaması və dezinfeksiya olunmaması kimi hallar botulizm bakteriyasının insanlara yoluxması nəticəsində qida zəhərlənməsinə gətirib çıxara bilər. Bu da ölümlə nəticələnə bilər. Turşulardan zəhərlənmə hallarından biri budur".
Ağa Salamov sözlərinə belə davam edib: "Kələm turşusunun içərisində qarışıq turşular olubsa, bu da zəhərlənməyə səbəb olur. Məsələn, turşunun içindəki göbələyi səhv salırlar və nəticədə qida zəhərlənməsi baş verir.
Düzgün şərtlər altında saxlayanmayan turşuların tərkibində qıcqırma gedir və bu da qida zəhərlənməsinə gətirib çıxarır. Nəticə də ölüm baş verir.
Mən düşünürəm ki, ən yaxşı halda emal prosesi düzgün olmalı, düzgün yuyulma və dezinfekiya olması, tərəvəzlər torpaqdan yaxşı təmizlənməlidir. Daha sonra isə dezinfeksiya olunmuş bankalara qoyulub şüşə qablarda mühafizə edilməlidir. Germetiklik qorunaraq bankalar bağlanmalı və nisbi rütubət nəzərə alınmalıdır. Turşular günəş şüasından uzaq sərin otaq tempreraturunda saxlanılmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB