Bu gün Bakıda “Türk Dövlətlərinin Ağacəkmə Günü” qeyd olunub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "X"də yazıb.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Diplomatın sözlərinə görə, bu günlə bağlı Türkiyədə 5 002 023, Azərbaycanda 11 111 ağac əkiləcək.
C.Bağçı bir qrup müəllim-tələbə heyəti ilə aksiyada iştirak edib ağac əkdiyini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB