Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 4 metrdir

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 4 metrdir

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, xidmətdən verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib və saniyədə 23 metr təşkil edib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Altıağac, Şəki, Xaltan, Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə