Üç il əvvəl bu gün... Milyonlarla azərbaycanlı mavi ekranların qarşısına kilidlənərək Ali Baş Komandanın xalqa müraciətini səbirsizliklə gözləyirdi. Hər kəsin ürəyində bir həyəcan, növbəti qələbənin həsrəti var idi. Xalqımız Şuşanın əsarətdən qurtuluş xəbərini gözləyirdi.
Şəhidlər xiyabanından xalqa səslənən Prezident İlham Əliyev “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” deməsi ilə dünya azərbaycanlılarını ayaq üstə qaldırdı. Küçələrə axışan insanlar ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlara öz ehtiramlarını bildirdi, bir-birinə sarılaraq gözaydınlığı verdilər. Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra düşmən ağ bayraq qaldırmağa, kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı müvafiq Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Bu gün dünya azərbaycanlıları Şuşanın azad olunmasını, tarixi Zəfərin üçüncü ildönümünü qeyd edir. Azərbaycan xalqı bu yolda 2900-dan çox övladını qurban verdi. Bu günü xalqımız Qələbənin sevinci və qəhrəman oğulların dünya hərb tarixinə düşən şücaəti ilə öyünərək bayram edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, xalqımız möhtəşəm Zəfər Gününün üçüncü ildönümünü haqq savaşımızın fədailərini anaraq qeyd edib. Uşaqdan böyüyə hər kəs Birinci və İkinci Şəhidlər, habelə İkinci Fəxri xiyabana axışaraq suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirib, onlara bir daha minnətdarlığını ifadə edib.
Bu dəfəki Zəfər Günü isə bir başqadır. Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi və 24 saat tamam olmadan yekunlaşdırdığı lokal antiterror tədbirləri nəticəsində dünya möhtəşəm Zəfərin sədasını bu dəfə Xankəndidən, Xocalıdan, Ağdərədən, Xocavənddən aldı. Tarixi Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə ucaldılan üçrəngli bayrağımız Zəfərin təntənəsini bir az da yüksəltdi. Azərbaycan xalqı növbəti dəfə hər kəsə öz torpağından bir qarışını belə düşmənə güzəştə getmədiyini və heç zaman da getməyəcəyini nümayiş etdirdi.
İkinci Fəxri xiyabanı ziyarət edən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Firdovsi Xəlilov bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirdi. O qeyd edib ki, Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib:

“Hazırda Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub. Bununla yanaşı, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində də tədbirlər görüldü. Bunun üçün müxtəlif vaxtlarda təlimlər keçirildi, burada xüsusilə də qardaş Türkiyənin Silahlı Qüvvələri ilə keçirilən təlimləri qeyd etmək yerinə düşər. Görülən işlər öz bəhrəsini zaman-zaman verməyə başladı. 2016-cı ildə Aprel döyüşləri, 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ildə lokal antiterror tədbirləri zamanı əldə edilən qələbələr ordumuzun gücünü bütün dünyaya göstərdi. Lələtəpədən başlayan Zəfər yolu Xankəndində yekunlaşdı. Zəfərin əldə edilməsində ordunun təchizat və təminatının, hərbi qulluqçuların peşəkarlığının yüksək olması ilə yanaşı, əsgər və zabitlərin Vətənə məhəbbəti də mühüm rol oynadı. Qəlbi Vətən eşqi ilə döyünən 18 yaşlı gənc əsgərlər belə yaddaşlardan silinməyəcək qəhrəmanlıq nümunələri göstərdilər. Bizim ən böyük üstünlüklərimizdən biri öz torpağımızda döyüşməyimiz idi. Hər bir döyüşçü yorğunluq, yuxusuzluq, aclıq, susuzluq demədən doğma Vətən torpağından güc alaraq irəli atıldı, Döyüş meydanları ən səmimi dostluqlara şahidlik etdi. Ölkənin dörd bir yanından gələn gəncləri savaş meydanları doğmalaşdırdı, dostluq, qardaşlıq münasibətləri quruldu. Onlar bir-birlərini qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etdilər. Ən əsası Ordu öz kürəyini xalq söykədi. Xalq-ordu-iqtidar birliyindən yaranan “Dəmir yumruq” üçrəngli bayrağımızı bütün azad edilmiş torpaqlarda dalğalandırmağa nail oldu. Bu gün məhz o tarixi Zəfərin üçüncü ilini qeyd edirik. Hər birimiz ərazi bütövlüyümüz yolunda canını qurban verən qəhrəmanlara borcluyuq. Onların uyuduğu məkanlara gəlib ruhlarına dualar oxuyur, xatirəsini yad edirik. Bu gün hərbi paradın məhz Xankəndində keçirilməsi bizim üçün böyük qürurdur. Əbədi and yerlərimizə axın edən hər kəs şəhidlərimizi məhz bu xəbərlə də müjdələyir. Onu da qeyd edim ki, bu müqəddəs məkanda uyuyan general-mayor Polad Həşimov başda olmaqla hərbi qulluqçuların çoxunun müəllimi olmuşam. Öz qəhrəman tələbələrimlə fəxr edirəm”.
“Ata, hərbi paltarda gələcəyəm, üzərimdə də üçrəngli bayrağımız olacaq”
İkinci Fəxri xiyabanda özünə əbədi məkan seçənlərdən biri də Vətən müharibəsi şəhidi Rəşad Zeynallıdır. 2020-ci il oktyabrın 8-də Cəbrayıl-Qubadlı istiqamətlərində aparılan hərbi əməliyyatlardan birində şəhadətə yüksələn Rəşad cəmi 15 dəqiqə əvvəl “Atam deyəsən şəhid atası olacaq” deyib.
AZƏRTAC-ın müxbiri şəhidin atası Qiyas Zeynalovla həmsöhbət olub. Övladından qürurla danışan şəhid atası “bir oğlumu üç yaşında, bir oğlumu da üç il əvvəl müharibədə itirdim. İki qızım qalıb. Əsas odur bu gün ərazi bütövlüyümüz tam bərpa olunub. Vətən sağ olsun!” deyib.

Q.Zeynalov söhbətinə belə davam edib: “Rəşad Azərbaycan Texniki Universitetində cihazqayırma üzrə təhsil almışdı. Həmin ixtisas üzrə magistratura pilləsinə qəbul olunsa da, təhsilini dayandırıb həqiqi hərbi xidmətə yollandı. Deyirdi təhsilimi geri dönəndə davam etdirəcəyəm, əvvəlcə Vətənə borcumu ödəməliyəm. Ağcabədi rayonunda “N” saylı hərbi hissədə Quru Qoşunlarında xidmət edirdi. Onun həqiqi hərbi xidməti bitirməsinə günlər qalmış müharibə başladı. Ordudan könüllü olaraq döyüşlərə qoşuldu. Rəşadı sonuncu dəfə sentyabrın 13-də görmüşdük. Tərxis olunmasına az qalmışdı deyə geyinib evə gəlməsi üçün mülki geyim apardıq. Müharibə dövründə sonuncu dəfə oktyabrın 7-də danışdıq. Ona dedim ki, “sənə mülki geyim gətirmişik, amma hərbi geyimdə geri dönməni istəyirik”. Dedi “hərbi paltarda gələcəyəm, üzərimdə də üçrəngli bayrağımız olacaq”. Şəhid olaraq geri dönəcəyini hiss edirmiş... Bir gün sonra da şəhid oldu...
Şəhid olmazdan əvvəl döyüş yoldaşları ilə danışan zaman deyib ki, qazi olmaq istəmirəm, şəhid olmaqdan da qorxmuram. Cəmi 15 dəqiqə sonra yaxınlıqlarına minaatan mərmisi düşməsi nəticəsində Rəşad şəhadətə yüksəlib. O dəqiqələrdə “atam deyəsən ikinci oğlunu da itirir”. Atam şəhid atası olacaq” deyib. Birinci oğlum üç yaşında dünyasını dəyişib. Rəşad da şəhid oldu.
Rəşad evin tək oğlu idi, onun yoxluğu çətin olsa da, həmişə başımız ucadır. Çox şükür ki, bu il antiterror tədbirləri ilə Zəfərimiz tamamlandı. Xankəndində keçirilən paradla isə qürur duyduq. Fəxr edirik ki, övladlarımızın da Qələbədə payı var. Ordumuzla, qazilərimizlə, şəhidlərimizlə fəxr edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



