Qəbələdə Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Qəbələdə Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Qəbələdə ağacəkmə aksiyası keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, aksiya çərçivəsində xüsusi ayrılmış ərazidə 100 ədəd ağac əkilib.

Aksiyada rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə