Binəqədi rayonunun bəzi yerlərində su kəsiləcək

Binəqədi rayonunun bəzi yerlərində su kəsiləcək

Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə