RİNN-in kollektivi Zəfər Günü ilə əlaqədar II Fəxri xiyabanı ziyarət edib - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar II Fəxri xiyabanı ziyarət edib. Nazirlikdən SİA-ya bildirilib ki, Respublikamızın ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edək ki, nazirliyin 210 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 5 nəfər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bundan əlavə, müharibədə ailə üzvlərini itirən əməkdaşlar da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB