AZAL sərnişinləri üçün yeni təhlükəsizlik təlimatı təqdim edib - VİDEO

AZAL sərnişinləri üçün yeni təhlükəsizlik təlimatı təqdim edib - VİDEO

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" QSC (AZAL) təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimat videosu hazırlayıb. Bu barədə SİA-ya AZAL-dan bildirilib.

Məlumata görə, təhlükəsizlik təlimatında kəmərlərdən düzgün istifadə, əşyaların salonda yerləşdirilməsi və fövqəladə hallarla bağlı davranış qaydaları göstərilir.

"Bu video, həmçinin Azərbaycanın mədəni irsi və gözəlliklərini vurğulayır", - deyə aviaşirkət bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə