"İslam dinində qadınların müəyyən əzaları naməhrəm sayılır" - AYDINLIQ GƏTİRİLİB

"İslam dinində qadınların müəyyən əzaları naməhrəm sayılır" - AYDINLIQ GƏTİRİLİB

"İslam dinində qadınların müəyyən əzaları naməhrəm sayılır. Yəni onların görüntüsünü paylaşmaq düzgün deyil. Bu səbəbdən qadınlar ginekoloji və plastik əməliyyat zamanı kişi həkimlə bu və ya digər şəkildə anlaşma bağlamalıdır. Evli xanımlar bu cür tibbi proseslərdən öncə həkimlə dini cəhətdən müqavilə bağlamalıdır ki, kişi həkimin qadına toxunması günah sayılmasın. Bu tələb dini cəhətdən vacib sayılır". SİA xəbər verir ki, bu sözləri açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.

Hacı Təyyar onu da əlavə edir ki, istisna hallar ola bilər ki, bir xanım məzara qoyulursa onun məhrəm kişi xeylağı yoxdursa, o zaman şəriət qadağanı aradan götürür və yad adam ona toxuna bilər: "Bunu cinsi tərəfə çəkmək olmaz. Cangüdən məsələsində istisna var. Onu mühafizə etmək üçün toxuna bilər. Bu cinsi məsələ deyil, qarşılıqlı müqavilə məsələsidir. Bu ilahi qadağanın tənzimlənmə məsələsidir. Qadınlar qadın həkimlərə müraciət etsin, kişilər kişi həkimə. Bu daha rahat olar. Bir daha deyirəm, kişi ginekoloq müdaxilə edirsə, müəyyən kriteriyalar var... Siğə o deməkdir ki, onları evləndiririk, ərə veririk?! Bu elə deyil".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə