Qiymət artımı spirtli içkidən istifadəni azaldacaq? - MÜNASİBƏT BİLDİRİLDİ
"Gələn ildən bəzi spirtli içkilərdə aksiz vergisi artır. Bu isə ümumilikdə qiymətlərin artımına gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri Büllur Məmmədova deyib.
Onun sözlərinə görə, davamlı olaraq spirtli içki qəbul etmək aludəçiliyə səbəb olur: "Biz daim başqa xəstəliklərdən danışırıq, amma ən təhlükəli xəstəliklərdən biri də spirtli içki aludəçisi olmaqdır. Dövlət çalışır ki, vətəndaşı siqaret, içki, narkotik kimi pis vərdişlərdən uzaq olsun. Bir vətəndaş kimi biz də öz sağlamlığımızı qorumaq, doğru yolda olmaq üçün əlimizdən gələni etməliyik".
"İstərdim ki, tütün məhsullarının və spirtli içkilərin qiymətləri vətəndaşların asanlıqla əldə edə bilməyəcəyi qədər yüksək olsun. Çünki bunlardan indiyədək heç kimə xeyir gəlməyib. Yəni, bu zərərli məhsulların illərlə istifadə olunmaması orqanizmə heç bir mənfi təsir göstərməz. Biz artıq qalib ölkənin vətəndaşıyıq. Qalib ölkənin vətəndaşı olaraq öz məsuliyyətimiz olmalıdır. Dövlət öz vətəndaşlarına bu məhsulların insan orqanizmini məhv etdiyini hər cür başa salır. Təəssüf ki, bununla belə ölkədə yenə spirtli içkilərin, siqaretin satışı, narkotikin yayılması davam edir. Bu asılılığın sonu yoxdur. Siqaret, narkotik və spirtli içkilər də asılılığın başında duran amillərdir",- deyə sədr əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB