İstanbulda keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) I Baş Assambleyası çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Anadolu Agentliyi arasında əməkdaşlığa dair yeni müqaviləyə imza atılıb. Sənədi AZƏRTAC İdarə Heyətinin sədri Vüqar Əliyev və Anadolu Agentliyi İdarə Heyətinin sədri Sərdar Karagöz imzalayıblar. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Yeni müqavilə yazılı xəbərlə yanaşı, qarşılıqlı foto və video mübadiləsini də nəzərdə tutur.
Sənədə əsasən, iki informasiya agentliyi arasında təcrübə mübadiləsi və texniki dəstək də həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB