Dondurulmuş qida məsullarının orqanizmdə yaratdığı fəsadlar NƏDİR? - MÜTƏXƏSSİS DANIŞDI
“Hazır dondurulmuş qidalar bir dəfə dondurulubsa və donu bir dəfə açılırsa, heç bir ziyanı yoxdur. Lakin donmuş vəziyyətdə olan qidanın donu açıldıqdan sonra yenidən dondurulmasının orqanizm üçün fəsadları var”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.
A.Salamov bildirib ki, ət, balıq, toyuq və tərəvəzləri dondurmaq olar: “Mayonez və yumurtalı məsullar və göbələkli qidaları isə dondurmaq düzgün deyil. Dəniz məsulları, ət və toyuğu dondurmaq olar. Amma əvvəlcədən porsiyalara bölünərək dondurulmalıdır ki, sonra məsul yenidən dondurulmağa məruz qalmasın.
İndi elə bir zəmanədə yaşayırıq ki, istənilən fəsildə bütün məsulları tapmaq mümkündür. Amma meyvə-tərəvəzləri öz mövsümündə istifadə etməyi məsləhət görürük”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB