Cəmiyyət zorakılığa məruz qalmış şəxslə necə davranmalıdır? - AYDINLIQ GƏTİRİLDİ

Cəmiyyət zorakılığa məruz qalmış şəxslə necə davranmalıdır? - AYDINLIQ GƏTİRİLDİ

"Cinsi zorakılığa məruz qalmış qız və oğlanlara mütləq şəkildə psixoloji dəstək verilməlidir. Bu iş aparılmadığı təqdirdə zaman keçdikcə cinsi zorakılığa məruz qalmış şəxslər, xüsusən qızlar həm gələcəkdə ailə qurmaqda, həm təhsil almaqda, həm də cəmiyyətə inteqrasiya olmaqda çox böyük çətinlik yaşayırlar". Bu sözləri SİA-ya psixoloq Elnur Rüstəmov deyib.

Psixoloq sözlərinə davam edərək bildirib ki, ona görə də bu hallarda psixoloji reabilitasiya işi aparmaq lazımdır: "Bəzən cinsi zorakılığa məruz qalmış şəxslər bunu ailə və yaxınlarından gizlədirlər. Səbəb isə cinsi zorakılığı edən şəxs tərəfindən qorxudulması və davamlı olaraq onlara cinsi zorakılıqla paralel psixi zorakılıq tətbiq olunmasıdır. Adətən zorakılıq törədən şəxslər zorakılığa məruz qoyduğu şəxsi hadisəni kiməsə deyəcəyi təqdirdə onu və dediyi adamları da öldürəcəyi ilə hədələyir. İkinci bir tərəfdən isə ailə bunu gördüyü təqdirdə bununla bağlı heç bir tədbir görmür və bəzən buna görə qızın özünü də danlayır və bir qisim ailələrdə belə hallar yaşananda düşünürlər ki, uşaqdır, böyüyəndə yadından çıxacaq. Nəticədə psixoloji dəstəyi unudurlar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə