"Yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv etməyi arzulayırıq" - NAZİR

"Yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv etməyi arzulayırıq" - NAZİR

Arzumuz budur ki, yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv edək. SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

Nazir əlavə edib: “Amma bu, bir mexanizmdir. Hələ ki, qarşımızda böyük çağırışlar var, bunu alət olaraq saxlayırıq. Elə bir il ola bilər ki, o çağırışlar bizə mane olar, diversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti də yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirməkdən ibarətdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə