Qidanı həddindən artıq qaynatmağın və qızartmağın fəsadları - DİQQƏT! - MÜTƏXƏSSİS DANIŞDI
“Qida təhlükəsizliyini qorumaq üçün “tarladan süfrəyədək” olan bütün qida zəncirində qaydalara əməl etmək vacibdir. Çünki bu zəncirin hər hansı birində qırılma baş verərsə və ya düzgün əməl olunmazsa, bu zaman qidanın tərkibində dəyişikliklər baş verir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Mütəxəssis bildirib ki, satış müəssisəsindən alıb, evə gətiridiyimiz qidanın da qonşuluq prinsipinə, bişirərəkən və servis edərkən belə qaydlara əməl etməliyik ki, qidanın tərkibi pozulmasın: “Əks halda faydalı qida belə bizim orqanizmimizə bir çox zərərlər verə bilər.
Bir çox qidalar var ki, onların saxlanma müddəti uzun olur. Bu qidalara paxlalılar və quru qidalar aiddir ki, bunlar gec xarab olmağa meyillidir və nisbətən aşağı risk qrupuna aid olan qidalar sırasındadır.
Quru meyvələri nəmişlik mühiti olmayan yerdə və vakumlu qablarda saxlamaq vacibdir. İsti havalarda isə quru meyvələrin xarab olmasının qarşısını almaq üçün soyuducuda saxlamaq daha məqsədəuyğundur. Yüksək risk qrupuna aid olan süd, ət məsulları və təzə meyvə-tərəvəzlərin hər birinin özünə uyğun şəkildə saxlanılmasına diqqət etmək lazımdır. Çünki bunlar canlı qida olduğundan tez xarab olmağa meyillidir. Qidaları bişirərkən həddindən artıq qaynatmaq və qızartmaq da insan orqanizmində bir çox problemlərə yol açır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB