Ruhun müalicəsi haqqında bilmədiyiniz FAKTLAR - AYDINLIQ GƏTİRİLDİ
“Adətən insan hər hansı problemi olanda psixoloqa müraciət edir. Psixoloq da burada kökləri axtarıb tapır. Yəni, problemin haradan gəldiyini müəyyən edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Onun sözlərinə görə, çox zaman həmin problemlər uşaqlıqdan əmələ gəlir: “İnsan dünyaya saf ağ kağız kimi gəlir. Sonradan insan həyatında baş verən hər hansı bir hadisələr travmalar yarada bilər. Ona görə də uşağın həyatda ən doğması ata-ana olduğu üçün onlardan gördüyü həm sevgi, həm də sevgisizlik bizim ruhumuza yazılır.
Əgər şəxs bir çox travmalar yaşayıbsa, biz həmin o travmatik situasiyaların üzərində işləyirik. Uşaqlıqdan yaranıb yer tutan situasiyalar işlənəndən sonra beyində boşalma baş verir. Yəni, ruhumuz dincələrək sağalır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB